Dünyanın bir çox yerində artan vəba xəstəlikləri insan sağlamlığını təhdid etməkdə davam edir. Daxili qarışıqlıqlarla mübarizə aparan Yəməndə bu il sentyabrın 15-dək 5 mindən çox vəba xəstəliyinin qeydə alındığı bildirilib.
Yəməndə vəba xəstəliyi yayılmaqda davam edir . Mövzu ilə bağlı açıqlama ÜST-dən verilib.
Elchi.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il sentyabrın 15-dək Yəməndə 5 mindən çox vəba xəstəliyinin qeydə alındığını açıqlayıb.
ÜST-nin dünya miqyasında vəba epidemiyası ilə bağlı dərc etdiyi hesabatda Yəməndə görülən hallar haqqında məlumat verilib.
Bu çərçivədə hesabatda 1 yanvar – 15 sentyabr 2023-cü il tarixləri arasında Yəməndə 5 min 674 vəba hadisəsinə rast gəlindiyi, eyni dövrdə bu xəstəlikdən 7 nəfərin öldüyü, yoluxma nisbətinin isə mində 19 olduğu bildirilib .
Dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə 9 ilə yaxındır davam edən vətəndaş müharibəsi səbəbindən artan humanitar böhran dəhşətli həddə çatıb.
BMT-nin məlumatına görə, ölkənin 30 milyonluq əhalisinin 22 milyondan çoxunun yardıma və müdafiəyə ehtiyacı var.
Ölkədə təmiz suya çıxışın olmaması, qida çatışmazlığı, dərman və tibbi ləvazimat çatışmazlığı kimi səbəblər də epidemik xəstəlikləri, xüsusən də vəbanı çağırır.
Vəba hadisələri qlobal sağlamlığı təhdid etməkdə davam edir.Nuranə Məmmədova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta