Prezident seçkisi: ATƏT müşahidəçiləri yanvarın 3-də Azərbaycana gələcək
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli missiyasının müşahidəçiləri yanvarın 3-də Azərbaycana gələcəklər.
Reyting.az xəbər verir ki, bunu ATƏT/DTİHB-nin Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq.