AZ

Ağdərədə “İdman gündəliyi” layihəsi icra edilib

Ağdərə rayonunun işğaldan azad olunan Talış kəndində “İdman gündəliyi” layihəsi icra edilib.

“İki sahil” xəbər verir ki, tədbir “Heydər Əliyev İli” çərçivəsində “Qayıdış Könüllüləri” proqramının “Ağdam Könüllüləri” qrupu tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Belə ki, layihənin əsas məqsədi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Doğma yurdda uzun illər sonra ilk dəfə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını qeyd edəcək kənd sakinləri layihə çərçivəsində reallaşan tədbiri böyük coşqu və minnətdarlıq hissləri ilə qarşılayıblar.

Proqrama uyğun olaraq futbol, basketbol, voleybol, stolüstü oyunlar və s. kimi idman növləri üzrə yarışlar keçirilib.

Tədbirin sonunda iştirakçılara həvəsləndirici mükafatlar və hədiyyələr təqdim edilib.

Seçilən
85
4
ikisahil.az

5Mənbələr