AZ

Azərbaycanla sərhəddə yenilənmiş "Yaraq-Qazmalar" keçid məntəqəsi açılıb

Rusiyanın nəqliyyat naziri Vitali Savelyevin iştirakı ilə Azərbaycanla sərhəddə yerləşən "Yaraq-Qazmalar" avtomobil buraxılış məntəqəsi telekörpü rejimində açılıb.

MediaPost xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazir qeyd edib ki, "Yaraq-Qazmalar" məntəqəsinin yenidən qurulması yükdaşıma qabiliyyətini iki dəfədən çox artırmağa imkan verib. Hərəkət zolaqlarının sayı 14-dən 22-yə yüksəlib: "Bu il biz yük maşınlarının keçidi üzrə rekord vurduq. Bu 2022-ci illə müqayisədə 10 % çoxdur".

Dağıstan hökumətinin rəhbəri Əbdülmüslim Əbdülmüslimovun sözlərinə görə, "Yaraq-Qazmalar" məntəqəsinin yenidən qurulması həm Rusiya mallarının ixracını, həm də bu ölkəyə beynəlxalq malların idxalını artıracaq.

Gürcüstanla sərhəddə yenidən qurulan "Yuxarı Lars" avtomobil buraxılış məntəqəsinin də telekörpü vasitəsilə açılışı olub. Təkmilləşdirmədən sonra yükdaşıma qabiliyyəti iki dəfədən çox artaraq gündə 1,5 min yük avtomobilinə çatdırılıb.

Qeyd edək ki, "Yaraq-Qazmalar" çoxtərəfli avtomobil keçid məntəqəsi Azərbaycan, İran, Hindistan və Cənubi Asiya və Fars körfəzinin digər ölkələrinə yüklərin tranzitinin, ixracının və idxalının təmin edilməsində strateji əhəmiyyətə malikdir. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin marşrutu boyunca yerləşən əsas obyektlərdən biridir.

Xəbərlər departamenti

Seçilən
291
9
mediapost.az

10Mənbələr