AZ

TDT Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli mövqeylərini ortaya qoyublar.

MediaPost xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub.

Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb: “Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq mövqe nümayiş etdirdlər”.

Bildirilib ki, ötən il ciddi uğurlar əldə olunub: “TDT daxilində əməkdaşlığımızı inkişaf etdirdik. 30-a yaxın sahədə əməkdaşlığı davam etdiririk”.

Baş katib 2024-cü ilin TDT üçün daha uğurlu olmasını arzulayıb.

Xəbərlər departamenti

Seçilən
70
11
mediapost.az

5Mənbələr