AZ

TDT -dən Azərbaycan xalqına Yeni il TƏBRİKİ

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli mövqelərini ortaya qoyublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub.

Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb: “Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq mövqe nümayiş etdirdlər”.

Bildirilib ki, ötən il ciddi uğurlar əldə olunub: “TDT daxilində əməkdaşlığımızı inkişaf etdirdik. 30-a yaxın sahədə münasibətləri genişləndiririk”.

Baş katib 2024-cü ilin TDT üçün daha uğurlu olmasını arzulayıb.

Seçilən
88
3
bakivaxti.az

5Mənbələr