2024-cü ildə ilk dəfə Ermənistanın dağ-mədən sənayesi xəritəsi buraxılacaq və bununla bütün dünyaya bu müəssisələrin regionun ekologiyası üçün necə böyük təhlükə törətdiyi əyani şəkildə nümayiş olunacaq. Bunu “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlayıb.
O bildirib ki, layihə rəhbərlik etdiyi QHT-nin ilk işi olacaq: “40 ilə yaxındır ki, peşəkar kartoqrafiya işi ilə məşğulam. Bu ilin yayında Prezident İlham Əliyev keçirdiyi müşavirədə Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin bölgənin ekoloji mühiti üçün yaratdığı təhlükəni ətraflı şəkildə izah etdi və bunu dünyaya çatdırmağın vacibliyi haqqında danışdı. Bu ideya da həmin çıxışdan sonra yarandı. Bu xəritəni hazırlamaq üçün bütün gücümü ortaya qoymuşam".
"2024-cü il COP29 ilidir, biz bu xəritəni Azərbaycana gələn xarici QHT-lərə də təqdim edəcəyik ki, onlara Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin Cənubi Qafqazın ekologiyası üçün yaratdığı təhlükə daha aydın olsun", – QHT rəhbəri əlavə edib.
XQ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta