“Heydər Əliyev ili” çərçivəsində Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların, qazilərin, eləcə də aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil edilib.
“İki sahil” xəbər verir ki, öncə vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışıb və onları bayram münasibətilə təbrik edib.
Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri təqdim olunub.