AZ

Türkiyə prezidenti yeni təqvim ili münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyanı daha yaxşı, daha ədalətli və daha firavan gələcəyə hazırlamaq üçün hər cür səyi dəstəklədiklərini bildirib.

  Yeni il görüntülü mesajını paylaşan R.T.Ərdoğan bidlirib: ​​“Yeni təqvim ilinin ölkəmiz, millətimiz və bütün bəşəriyyət üçün xeyirli olmasını ümid edirəm.

  Qəzzada günahsız dinc əhalinin qətliamına qarşı bütün ölkələr ortaq mövqe nümayiş etdirməlidir.

  Bütün bəşəriyyət üçün daha gözəl, daha dinc və firavan gələcək ümidi qorunmalıdır. Buna nail olmaq üçün ilk növbədə

·        demokratik və liberal adlanan ölkələrin qanlı terror təşkilatlarına dəstəyini kəsdiyini görməliyik,

·        Qəzzada günahsız uşaq və qadınların öldürülməsinə qarşı bütün ölkələrin və qurumların ortaq mövqe tutduğunu görməliyik,

·        Rusiya-Ukrayna müharibəsi başda olmaqla, ayrı-ayrı insanların ağrı və boğulmasına səbəb olan, ölkələrin resurslarını qəsb edən işlərin dayandırılması üçün ədalətli və səmimi səylərin göstərildiyini görməliyik,

·        əsrlər boyu istismar edilən, ləyaqətləri tapdalanan cəmiyyətlərin sərvətləri öz gələcəyi, firavanlığı və təhlükəsizliyi üçün istifadə etdiyini görməliyik.

  Ümidləri gerçəyə çevirmək üçün dünyada bütün dövlətlər, qurumlar və şəxslər ortaq dəyər və prinsiplər ətrafında birləşməlidir.

  Biz dünyanı daha yaxşı, daha ədalətli və firavan gələcəyə hazırlamaq üçün hər cür səyi dəstəkləyirik”.



Seçilən
343
1
trt.net.tr

10Mənbələr