AZ

Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəəti 3 il müddətinə vergidən azad edilib

Bu ildən Azərbaycanda kinematoqrafiya müəssisələrinin mənfəətinin 75 %-i vergidən azad edilib.

MediaPost xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Dəyişikliklərə əsasən, Azərbaycanda qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 %-i 3 il müddətinə vergidən azad edilib.

Xəbərlər departamenti

Seçilən
58
9
mediapost.az

10Mənbələr