AZ

Bakıda “manatlıq” taksilər yığışdırılır? - AKTUAL

Bu gündən etibarən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək.

Maraqlıdır, belə olan halda “manatlıq” taksilərin aqibəti necə olacaq? Eyni zamanda, yeni qərar taksidə gediş haqqına öz təsirini göstərəcək?

Sözügedən məsələ ilə bağlı nəqliyyat məsələri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya bildirib ki, yeni qərar taksilərin qiymətinə təsir etməyəcək:

“Belə bir qərarı nə taksi şirkətləri, nə də aidiyyəti dövlət qurumları qəbul etməyib. Deyilənlər həqiqəti əks etdirmir, əsassız müddüalardır. Sadəcə taksi sahəsinin təkmilləşdirilməsi üçün qəbul edilmiş qərarlardır. Onun tələblərini pozan sürücülərə və şirkətlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq cərimə və protokol tərtib ediləcək”.

Ekspert həmçinin manatlıq taksilərin fəaliyyətindən danışıb:

““Manatlıq” taksilərin sayı kifayət qədər çoxdur. Lakin o taksi sürücüləri sırf taksi fəaliyyəti ilə məşğul olan sürücülər deyil. Onlar adətən işə gedərkən yolüstü piyadanı götürüb öz gündəlik xərclərin müəyyən hissəsini qarşılamağa çalışırlar. Ona görə onlar lisenziya almaqda və ya avtomobilinə taksometr quraşdırmaqda maraqlı deyillər.

Lakin qanun qüvvəyə mindiyinə görə əvvəlki illərdə olduğu kimi, AYNA -nın əməkdaşları onlara qarşı İnzibatı Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokol və cərimə tətbiq edəcəklər”.
Seçilən
382
4
bakuinform.agency

10Mənbələr