AZ

Azərbaycana pasiyentin sifarişi əsasında dərmanlar yalnız reseptdə yazılan miqdarda gətiriləcək

Azərbaycana pasiyentin sifarişi əsasında dərmanlar yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

“İki sahil” xəbər verir ki, bu, "Dərman vasitələri haqqında" qanuna edilmiş dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə qanunda nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.

Seçilən
182
19
ikisahil.az

10Mənbələr