“Qarabağ"ın qapıçısı Andrey Lunyov gələcək planlarından danışıb.
“İki sahil” xəbər verir ki, o, “RB-Sport”a (Rusiya) müsahibəsində yaxşı təklif alacağı təqdirdə Rusiyaya qayıtmağa hazır olacağını etiraf edib.
“Müqaviləniz mövsümün sonuna kimidir. Gələcək karyeranızla bağlı "Qarabağ”la söhbətimiz olubmu?” sualına 31 yaşlı qolkiper belə cavab verib:
“Danışıqlar gedir. Bununla məşğul olan insanlar var. Mənim işim isə meydanda nəticə verməkdir”.
Lunyov gələcəkdə Rusiya Premyer Liqasına qayıtmasının mümkünlüyü haqda suala isə belə cavab verib:
“Prinsipcə, istənilən təklifə açığam. Gələcək inkişaf və ailə üçün hansı variantın daha yaxşı olduğunu araşdırmaq lazımdır”.
Xatırladaq ki, Lunyov “Qarabağ”a 2023-cü ilin yayında transfer olunub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır.