AZ

Lunyov “Qarabağ”dan ayrıla biləcəyinin mesajını verdi

“Qarabağ"ın qapıçısı Andrey Lunyov  gələcək planlarından danışıb. 

“İki sahil” xəbər verir ki, o, “RB-Sport”a (Rusiya) müsahibəsində yaxşı təklif alacağı təqdirdə Rusiyaya qayıtmağa hazır olacağını etiraf edib.

“Müqaviləniz mövsümün sonuna kimidir. Gələcək karyeranızla bağlı "Qarabağ”la söhbətimiz olubmu?” sualına 31 yaşlı qolkiper belə cavab verib:

“Danışıqlar gedir. Bununla məşğul olan insanlar var. Mənim işim isə meydanda nəticə verməkdir”.

Lunyov gələcəkdə Rusiya Premyer Liqasına qayıtmasının mümkünlüyü haqda suala isə belə cavab verib: 

“Prinsipcə, istənilən təklifə açığam. Gələcək inkişaf və ailə üçün hansı variantın daha yaxşı olduğunu araşdırmaq lazımdır”.

Xatırladaq ki, Lunyov “Qarabağ”a 2023-cü ilin yayında transfer olunub. Onun müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Seçilən
156
34
ikisahil.az

10Mənbələr