AZ

Külək güclənib, Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb -FAKTİKİ HAVA

Saat 20:00-a olan məlumata əsasən,  ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

 

Senzor.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,4 metrə çatıb.

 

Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 10 dərəcəyədək, aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Seçilən
251
46
senzor.az

10Mənbələr