AZ

Keçmiş məhkumlar oğurluğa görə saxlanıldılar

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə (DİN) verilən xəbərə görə, müxtəlif evlərdən 1 500 manat pul, 4 000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
163
27
baku.ws

10Mənbələr