AZ

Keçmiş məhkumlar oğurluğa görə saxlanıldılar

Bakının Suraxanı rayonunda evlərdən oğurluq edilib.Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, müxtəlif evlərdən 1 500 manat pul, 4 000 manat dəyərində qızıl-zinət əşyaları, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər - Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.

Seçilən
176
27
korrespondent.az

10Mənbələr