AZ

Ermənistan Müdafiə Nazirliyi hərbi çağırışla bağlı müraciət yaydı

Ermənistanda 2024-cü ilin qış hərbi çağırışı yanvarın 8-dən başlayır. SİA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi 2024-cü il yanvarın 8-də başlayacaq sıravi şəxsi heyətin məcburi hərbi xidmətə qış çağırışı ərəfəsində çağırışçıların valideynlərini, qohumlarını və yaxınlarını qanunsuz addımlardan çəkinməyə çağırıb.

Müdafiə Nazirliyi çağırış məntəqələrində lüzumsuz qarışıqlıq yaratmamaq məqsədi ilə qadağan olunmuş əşyalar, o cümlədən smartfonlar ötürməməyə, habelə çağırışçıları daşıyan konvoyları müşayiət edən hüquq-mühafizə orqanları əməkdaşlarının işinə maneçilik törətməməyə səsləyib.

Seçilən
145
1
sia.az

10Mənbələr