AZ

Zığ və Hövsan qəsəbələrində dənizkənarı rekreasiya mərkəzləri yaradılacaq

2040-cı ilədək Bakının Suraxanı rayonunun Zığ və Hövsan qəsəbələrində dənizkənarı rekreasiya mərkəzləri yaradılacaq.

MediaPost-un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Sənəddə sahilyanı yaşayış məntəqələrinin və yeni istirahət fəaliyyətlərinin ahəngdar inkişafı hədəf kimi göstərilib.

"Gündəlik və həftəsonu turlar yerli rekreasiya turizminin əsas dayaqlarından birini təşkil edir. Baş plan çərçivəsində Abşeron yarımadasının mövcud mədəni landşaft dəyərlərinin gücləndirilməsi və böyük yaşayış məntəqələri yaxınlığında aktiv istirahət üçün daha geniş ərazilərin təmin edilməsi nəzərdə tutulur.

Ənənəvi çimərlik turizmi ilə yanaşı Baş plan çərçivəsində turizmin digər əsas elementlərinin də nəzərdə tutulması planlaşdırılır. Buraya ərazilərin ənənəvi xarakterini qorumaq üçün təyin ediləcək mədəni landşaft ərazilərinin mühafizə zonaları, eyni zamanda açıq məkan konsepsiyasının tətbiqi ilə yanaşı layihə ərazisi boyu yaradılacaq yerli rekreasiya məkanları daxildir. Daha aktiv istirahət imkanlarının yaradılacağı ərazilərə milli parkların, xüsusən də genişləndirilmiş Qobustan Milli Parkının ərazisi aiddir. Milli Parkın ərazisinin cənub-şərq istiqamətində genişləndirilməsi Baş planın vacib elementidir. Ərazinin genişləndirilməsi gəzinti və dağ velosipedçiliyi, eləcə də parkın daxilində və yaxınlığında gecələmə imkanları təmin edən kiçik qonaqlama yerləri (gecələmə və səhər yeməyi təmin edən ev tipli mehmanxanalar, turistik kəndlər, düşərgələr) kimi yeni fəaliyyət növlərinin inkişafına imkan verəcəkdir. Yerli rekreasiya imkanlarından başqa, milli parklar yerli yaradıcılıq və sənətkarlıq mərkəzlərinin və mədəni turizmin təşviqi, habelə milli və beynəlxalq turistlər üçün yerli həyat təcrübələrinin öyrənilməsi baxımından geniş imkanlar yaradır", - deyə Baş planda qeyd olunub.

Xəbərlər departamenti

Seçilən
93
50
mediapost.az

10Mənbələr