AZ

Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolu əsaslı şəkildə təmir olunur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmirinə start verib.

MediaPost Agentliyə istinadən xəbər verir ki, ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılır.

Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.

Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. “İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində qum-çınqıl qarışığından ibarət yol geyiminin tikintisi aparılacaq.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

 

Xəbərlər departamenti

Seçilən
127
30
mediapost.az

10Mənbələr