Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun123 nəfər dekabr ayında zəhərlənmə ilə bağlı KTM-ə müraciət edib.Kliniki Tibbi Mərkəzdən Olaylar.az-a verilən məlumata görə, dekabr ayı ərzində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.Bildirilib ki, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub."Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib.2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib.Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb", - deyə əlavə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta