AZ

“Mən bilmirəm, onun hər hansı titulu var idi, ya yox, amma...“ - Aygün Bəylərlə bağlı AÇIQLAMA

"Aygün Bəylərin ifasına çox bağlı idim. Onun bütün mahnılarını çox sevirdim". 

Ölkə.az sfera.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Hümmətova ilə vida mərasimində iştirak edən deputat Razi Nurullayev deyib: 

"Yeganə müğənni idi ki, Aygün Bəyləri ekranda görən zaman kanalı dəyişmirdim. Çalışırdım ki, sona qədər dinləyim. Hər zaman onun danışığında, müsahibələrində bir nisgil hiss edirdim. Doğrudan da, qəmli idi, narazılığı vardı. Hiss edirdim ki, ölkədən, dostlarından umacaqları var, amma onlara çata bilmirdi. Xalqın məhəbbətini qazanmış sənətkar idi. Bu gün burada bu qədər insanın olması xalqın ona olan sevgisinin göstəricisidir. Açığı, mən bilmirəm, onun hər hansı titulu vardı, ya yox, ancaq o, Azərbaycan xalqı üçün bir Xalq artisti idi. Mən istərdim ki, bütün dəyərli insanlara ölməmişdən öncə dəyər verək. Allah onun övladını saxlasın. Allah rəhmət eləsin". 

Seçilən
267
50
olke.az

10Mənbələr