AZ

İnformasiya resurslarının satınalmalar portalına inteqrasiyası hədləri təsdiqlənib

Nazirlər Kabineti “İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”ni təsdiq edib.

MediaPost xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu il yanvarın 1-nə qüvvəyə minmiş qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həmin hədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət satınalmalarının vahid internet portalına uyğun olaraq real vaxt rejimində satınalan təşkilata və dövlət satınalmalarının vahid internet portalı operatoruna ötürülməsi üçün zəruri tədbirlər görməlidir.

Xəbərlər departamenti

Seçilən
311
8
mediapost.az

10Mənbələr