AZ

“Ölkənin vakansiya bankında 50 minə yaxın iş yerləri var”- Agentlik sədri 

"Əksər hallarda bizim vətəndaşlarımız, parlament nümayəndələrinə müraciətlərində haqqı ödənilən ictimai işləri istəyirlər. Çünki ictimai işlərdə yüngül qrafik var. İctimai işlərdə adətən vakansiya olmur. Bu istiqamətdə olan müraciətlərə məcburən neqativ reaksiya veririk”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli agentlik tərəfindən 2023-cü ildə əldə olunan nəticələr və 2024-cü il üzrə hədəflər mövzusunda keçirilən mətbuat konfransında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda 1138 nəfər işlə TƏMİN OLUNUB – RƏSMİ 


Mustafa Abbasbətli qeyd edib ki, ölkənin vakansiya bankında 50 minə yaxın iş yerləri mövcuddur. Vətəndaşlar digər vakansiyalardan imtina edib, ictimai işi istəyirlər. Biz bunların qeydlərini aparırıq. Cəmiyyətdə olan fikirlər həqiqəti əks etdirmir". 

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

Seçilən
316
40
bizim.media

10Mənbələr