AZ

Ötən il həbsdən azad olunan 312 nəfər özünüməşğulluq proqramı ilə işlə təmin olunub

Ötən il cəzaçəkmə müəssisələrindən azad olunan 312 nəfər özünüməşğulluq proqramına çərçivəsində işlə təmin olunub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, həmin şəxslərlə bağlı cəmiyyətdə stereotiplər var: "Biz o stereotipləri aradan qaldırmağa çalışırıq. Bu səbəbdən Pentensiar Xidmətlə cəzaçəkmə müəssisələrində olan məhbusların və azad olunan şəxslərin məşğulluqlarının təmin olunması məqsədi ilə əməkdaşlığa başlanılıb. Məqsəd həmin şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdir".

Seçilən
359
7
aznews.az

10Mənbələr