AZ

Yanğına görə təxliyə olunan 26 körpə KTM-ə yerləşdirildi

Image

Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bunu Trend-ə KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirib.

O qeyd edib ki, körpələrin vəziyyəti stabildir.

Onlardan 11-i KTM-in tabeliyindəki Ə.F.Qarayev adına 2 saylı klinik uşaq xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verib. Nəticədə, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.





Seçilən
290
15
baki-xeber.com

10Mənbələr