AZ

“Aynişan, özünü yığışdır!” - Aygün Bəylərin prodüserindən məhkəmə hədəsi

“Hamı bilir ki, Aygün Bəylər xalqın sənətkarıdır. Aynişan ümumiyyətlə, kimdir çıxıb desin ki, mən Aygün Bəylərin qızı üçün bank hesabı yaratmaq istəyirəm?!” 

Yenisabah.az xəbər verir ki, bu sözləri mərhum sənətçi Aygün Bəylərin prodüseri Sultan Mustafayev Baku TV-yə açıqlamasında deyib.

Ötən gün Aygün Bəylərin 14 yaşlı qızına bank hesabı açdıraraq pul yığmaq istəyən bloger Aynişan Quliyevadan danışan prodüser onu bu addımına görə sərt şəkildə qınayıb. 

S.Mustafayev Aynişanı və onun anası Əməkdar artist Aybəniz Haşımovanı təhdid edib: 

“Dövlətimiz hər şeyi edib. Aybəniz Haşımovada həmişə Aygün Bəylərin paxıllığını çəkib. O vaxt Aygün Bəylər qrup yartmışdı, sonradan o, depressiyaya düşdü və musiqidən bir az uzaqlaşdı, bu vaxt Aybəniz Haşımova da gedib özünə “Şövkət” qrupunu yaratdı. 

Aynişan, sən əgər sənətkara dəyər versəydin, o xəstə olanda heç olmasa, bir dəfə zəng edərdin! Bu gün sənin bu cür şou yaratmağın özünü antireklam etməkdir. Mən səndən tələb edirəm, yığışdır özünü! Məni vadar etmə ki, bəzi məqamları açım! Hər şeyi açsam, nə Aynişan Xalid, nə də Aybəniz Haşımova qalacaq”. 

O, blogerdən üzr istəməyi tələb edərək, əks halda, onu məhkəməyə verəcəyini açıqlayıb:

“Bizim nəyəsə ehtiyacımız olsaydı xalqa, yaxud dövlətə müraciət edərdik. Aynişan çıxsın Aygün Bəylər sevərlərdən və onun ailəsindən üzr istəsin! Əgər üzr istəməsə, məhkəmədə onunla görüşəcəyəm!”

Əsmətxanım Rzazadə 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Seçilən
376
50
yenisabah.az

10Mənbələr