AZ

Prezident seçkiləri ilə əlaqədar xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib

Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına salınacağı dairələrin adları məlum olub.

MediaPost-un xəbərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi növbədənkənar Prezdent seçkilərində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Həmin siyahıya 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxildir.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbərlər departamenti

Seçilən
412
50
mediapost.az

10Mənbələr