AZ

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, rəsmi Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı səfirə kəskin etiraz edilib. Qeyd olunub ki, bu hal davam edərsə, Rusiya tərəfi əlavə cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

“Moldovaya daxil olan Rusiya vətəndaşlarına qarşı ayrı-seçkilik sistemli xarakter alıb, sərhədi keçməkdən əsassız imtina halları tez-tez baş verib. Moldova Respublikasının rəhbərliyi Rusiya əleyhinə aqressiv bəyanatlar verməkdə davam edir.

Moldova rəhbərliyinin hərəkətlərinə cavab olaraq Moldova Respublikasının bir sıra vəzifəli şəxslərinin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması barədə qərar səfirin diqqətinə çatdırılıb.

Həmçinin, Moldova Respublikasının NATO ölkələrindən olan təlimatçıların iştirakı ilə Moldova ərazisində Ukrayna Silahlı Qüvvələrinin hərbi personalının təliminə kömək etmək planları ilə bağlı KİV-də yayılan məlumatlardan narahatlıq ifadə olunub. Qeyd olunub ki, Moldovanın neytral statusunun aşınmasına və Kiyev rejiminin tərəfində hərbi əməliyyatlarda birbaşa iştirakına gətirib çıxaran bu cür dəstək qəbuledilməzdir”, – deyə Rusiya XİN-in məlumatında əks olunub.

Seçilən
294
16
banker.az

10Mənbələr