AZ

ADY: "Astara terminalından yük aşırımı 3 dəfə artıb"

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli struktur vahidlərindən biri olan Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb, bu da 2018-ci il - fəaliyyətə başladığı dövr ilə müqayisədə üç dəfə çoxdur."Report" xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yayıb.Hazırda terminalda biraşırımlı avtomobil yolu körpüsünün, üçaşırımlı Kəmərbəndi körpüsünün, 4 biraşırımlı dəmir yolu körpüsünün, 10 xidmət binasının və 2 platformanın tikintisi işləri davam etdirilir.2024-cü ildə terminalın tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 3,5-4 milyon tona çatdırılması nəzərdə tutulur.Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir.Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə qlobal ticarətin təşviqi istiqamətində Astara terminalının inşasına başlanılıb. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi Azərbaycana 25 il müddətinə icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır.

Seçilən
155
18
sherg.az

10Mənbələr