AZ

Ötən il 47 faiz abonent qaz istifadəsi limitini keçməyib - “Azəriqaz”

Bakı. Trend:

Ötən il Azərbaycanda əhali kateqoriyası üzrə qaz istifadəsilimitini keçməyən, yəni 12 qəpik tarifi ilə istifadə edənabonenlətrin sayı 1 milyon 199 min 375 olub ki, bu da ümumiabonentlərin 47,1 faizini təşkil edir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət NeftŞirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB)İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev“Açıq qapı” aksiyasında bildirib.

O qeyd edib ki, 998 min 946 abonent (ümumi abonentlərin 39,3faizi) 20 qəpik tarifi ilə, 346 min 557 abonent (ümumi abonentlərin13,6 faizi) 25 qəpik tarifi ilə qazdan istifadə edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi EldənizVəliyev isə diqqətə çatdırıb ki, 2022-ci ildə limiti keçməyənabonentlərin sayı təxminən 46 faiz təşkil etmişdi.

E.Vəliyev, həmçinin, hər ilin əvvəlində aktuallığa çevrilənlimitlərin yenilənməsi məsələsinə toxunub. Şöbə rəisi üçmərhələlilimitlərin tətbiqindən bir ildən artıq vaxtın keçməsinə baxmayaraq,hələ də bəzi abonentlərin bundan xəbərsiz olduğunu və hesablamazamanı səhvlərə yol verdiyini vurğulayıb:

“Sonradan ödənişli (mexaniki tipli) sayğaclarda proses 365 günnəzərə alınaraq həyata keçirilir. Bu baxımdan da həmin sayğaclardanistifadə edən abonentlərin heç bir narahatlığına səbəb yoxdur”.

Seçilən
118
29
az.trend.az

10Mənbələr