AZ

"47,1 faiz abonent qaz istifadəsi limitini keçməyib" — "Azəriqaz"

Ötən il Azərbaycanda əhali kateqoriyası üzrə qaz istifadəsi limitini keçməyən, yəni 12 qəpik tarifi ilə istifadə edən abonentlərin sayı 1 milyon 199 min 375 olub ki, bu da ümumi abonentlərin 47,1 faizini təşkil edir.

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev “Açıq qapı” aksiyasında bildirib.

O qeyd edib ki, 998 min 946 abonent (ümumi abonentlərin 39,3 faizi) 20 qəpik tarifi ilə, 346 min 557 abonent (ümumi abonentlərin 13,6 faizi) 25 qəpik tarifi ilə qazdan istifadə edib.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə diqqətə çatdırıb ki, 2022-ci ildə limiti keçməyən abonentlərin sayı təxminən 46 faiz təşkil etmişdi.

Seçilən
140
29
demokrat.az

10Mənbələr