AZ

Baydenə BÖYÜK ŞOK: “Bunu sənə noyabrda xatırladacağıq!”

ABŞ-ın paytaxtı Vaşinqtonda Fələstinə dəstək yürüşü keçirilib.

KONKRET.az xəbər verir ki, yürüş zamanı Qəzza zolağında atəşkəs tələb edilib.

Aksiyada ABŞ prezidenti Co Baydenin İsraillə bağlı siyasətinə etiraz edən minlərlə insan əllərində “Baydenin əlində qan var” yazılmış plakatlar qaldırıb, meydanın ortasında nəhəng Fələstin bayrağı açılıb.

Fələstin tərəfdarları əllərində “Qəzzada müharibəyə son”, “ABŞ-ın İsrailə bütün yardımlarına son” və “Baydenin əlində qan var” yazılmış plakatlar qaldıraraq, “Fələstin çaydan dənizə qədər azad olacaq” şüarları səsləndiriblər.

Yürüş zamanı nümayişçilər bu il ABŞ-da keçiriləcək seçkilərə də toxunub və “noyabrda xatırlayacağıq” kimi şüarlar səsləndirərək, ABŞ prezidenti Baydenə mesaj göndəriblər.

Seçilən
166
3
konkret.az

4Mənbələr