AZ

Azərbaycan səfiri nüfuzlu beynəlxalq mükafatla təltif olunub

Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim nüfuzlu “Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.

“Report”un ABŞ bürosu xəbər verir ki, “Martin Lüter Kinqin Həyatını və İrsini Beynəlxalq Salamlama” adlı altında keçirilən tədbirdə çıxış edən səfir X. İbrahim Martin Lüter Kinqin irsinin yalnız ABŞ-də deyil, eləcə də dünyanın hər yerində bu gün də təbliğ olunduğunu qeyd edib.

Səfir mərhum siyasətçinin dünyadakı hər kəsin ümumi dəyəri olduğunu, onun fikirlərinin və fəaliyyətinin bütün dünyanı dəyişdirdiyini bildirib.

Diplomat Azərbaycan tarixində heç bir zaman insanlar arasında irqi və dini ayrı-seçkiliyin olmadığını vurğulayıb. O, ölkəmizin illər boyunca beynəlxalq ictimaiyyətə ədalətin beynəlxalq sistemin əsası olmalı olduğunu bildirdiyini qeyd edərək, qanunun ədalətli olmasının vacibliyini vurğulayıb.

Tədbirdə Martin Lüter Kinqin həyatına və irsinə həsr olunmuş bir sıra kateqoriyalar üzrə mükafatlar təqdim olunub.

Tədbirə sədrlik edən Azərbaycanın ABŞ-də səfiri X.İbrahim nüfuzlu “Martin Lüter Kinq Diplomatiya və Beynəlxalq Xidmət” mükafatı ilə təltif olunub.

Qeyd edək ki, M.L.Kinq Diplomatiya və Beynəlxalq Xidmət mükafatı bundan öncə ABŞ dövlət katibinə, ABŞ səfirlərinə, ABŞ-də fəaliyyət göstərən Almaniya, İsrail, Pakistan, Bəhreyn və digər səfirlərə, konqresmenlərə və senatorlara, Cənubi Afrikanın vitse-prezidentinə həmçinin, Amerika Dövlətləri Təşkilatının baş katibinə təqdim olunub.

Seçilən
228
10
azpolitika.info

10Mənbələr