AZ

“Türk mənşəli arxaizmlər lüğəti” əsərinin I cildi çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində tərtib olunmuş “Türk mənşəli arxaizmlər lüğəti” (XIII-XVIII əsrlər Azərbaycan yazılı abidələri əsasında) əsərinin I cildi çapdan çıxıb. Üç cild olması nəzərdə tutulan lüğətin I cildinə A, B, C, Ç, D, E, Ə hərfləri daxil edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, layihənin rəhbəri və Ön sözün müəllifi fil.ü.f.d., dos. Xədicə Heydərova, elmi redaktoru fil.e.d., prof. Nadir Məmmədli, tərtibçiləri – fil.ü.f.d., dos. Xədicə Heydərova və fil.ü.f.d., dos. Teyyub Quliyevdir. Redaksiya heyətinə akademik Nizami Cəfərov, akademik Möhsün Nağısoylu, fil.e.d., prof. Elbrus Əzizov, fil.e.d., prof. Qəzənfər Kazımov, fil.e.d., prof. Mahirə Hüseynova, fil.e.d., prof. İsmayıl Məmmədli, fil.e.d., prof. Məhərrəm Məmmədli, fil.e.d., prof. Rüfət Rüstəmov, fil.e.d., prof. Sevil Mehdiyeva, fil.ü.f.d., dos. Kifayət İmamquliyeva, fil.ü.f.d., dos. Qızılgül Abdullayeva, fil.ü.f.d., dos. Vahidə Cəfərzadə, fil.ü.f.d., dos. Teyyub Quliyev daxildir.

“Türk mənşəli arxaizmlər lüğəti” orta əsr Azərbaycan dilinin yazılı abidələrində işlənmiş leksik, semantik, fonetik və qrammatik arxaizmlərin semantik iyerarxiyasının inkişa­fını, işləkliyini və ya istifadədən çıxmasını, sözün forma və funksiyasının dəyişmə dinamikasını əks etdirən diaxron filоlоji lüğətlər növünə aid tarixi lüğətdir. Burada hər bir arxaizmə aid nümunələr xronoloji ardıcıllıqla düzülmüşdür. Əsərin mənbələri “Kitabi-Dədə Qorqud”dan başlamış XVIII əsrə qədərki orta əsr nəzm və nəsr əsərləridir. Bu baxımdan təqdim edilən leksikoqrafik əsər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfo­logiya, fonetika sahələri üçün zəngin material mənbəyi olub, konkret dövrlər üzrə aparı­lacaq tədqiqatlar üçün geniş imkanlar açır. Belə bir qeyri-normativ xüsusiyyətə malik lüğətin yaradılması Azərbaycan dili tarixinin tədqiqatı sahəsində yenidir və tədqiqatçılar üçün əvəz­olun­maz məxəzdir.

Seçilən
604
tehsil.biz

1Mənbələr