AZ

Ukraynaya dəstəyimiz sarsılmazdır -

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.Metbuat.az xəbər verir ki, görüş İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqının Ukraynaya dəstəyi sarsılmazdır. Qapalı görüşdən sonra fon der Leyen X sosial media hesabında Blinkenlə Ukrayna və Yaxın Şərqdəki son vəziyyəti müzakirə etdiyini açıqlayıb.

Von der Leyen deyib: "Ukraynaya indi və onun AB-də gələcəyi üçün dəstəyimiz sarsılmazdır. Biz Yaxın Şərqdə sabitliyin zərurətini, Qəzzaya humanitar imkanların artırılmasını və qarşıdakı günlərə hazırlıqları müzakirə etdik. Biz həmçinin narahatedici məqamları müzakirə etdik. Qırmızı dənizdəki vəziyyət və bu vəziyyətə reaksiyalarımızı müzakirə etdik."

Seçilən
270
18
metbuat.az

10Mənbələr