Yanvar ayının 16-da saat 16:50-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən sahildən 6 mil məsafədə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.