AZ

Yeddi avtomat təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir. Məlumatı DİN mətbuat xidməti verib. 
Yanvarın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 ədəd avtomat silahı, 17 ədəd müxtəlif markalı tüfəng, 10 ədəd patron darağı və 675 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
XQ

Seçilən
445
22
xalqqazeti.az

10Mənbələr