AZ

Lavrov Fələstin və İsrail arasında müharibəyə son qoymağın yolunu açıqlayıb

“Fələstin-İsrail silahlı münaqişəsinin həlli üçün ABŞ, İsrail və ayrı-ayrı ərəb dövlətlərinin iştirakı ilə yarıqapalı təmaslar uğurlu olmayacaq. Sülh yalnız birbaşa dialoq yolu ilə əldə edilə bilər”.

Editor.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bütün bu təmaslar Fələstin və İsrail arasında birbaşa dialoq demək deyil.

Lavrov vurğulayıb ki, Yaxın Şərq münaqişəsinin əsas məqsədi müstəqil Fələstin dövlətinin yaradılması olmalıdır. Nazir həmçinin əlavə edib ki, Rusiya İsrailin təhlükəsizlik şəraitində yaşamasında maraqlıdır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 22-də Fələstin lideri Mahmud Abbasla telefon danışığı zamanı Fələstin xalqının öz müstəqil dövlətini qurmaq məqsədinə çatmasında dəstək verib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
321
48
editor.az

10Mənbələr