Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” dünya reytinqində irəlilədiyi halda “Neftçi” və “Sabah” komandaları geriləyiblər.
Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.
702 komandadan ibarət 2023-cü ilin yekun siyahısına Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 84-cü yerdə qərarlaşmış “Qarabağ” 73-cü pilləyə yüksəlib. Ağdam təmsilçisinin hesabında 145,5 xal var.
“Neftçi” və “Sabah”da isə geriləmə müşahidə edilib. “Neftçi” (53,75 xal) 378-ci yerdən 469-cu pilləyə enib. “Sabah” isə (55,5 xal) 391-ci pilləni 436-cı sıraya dəyişib.
Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (359 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikincidirsə, İtaliyanın “İnter” (289) kollektivi üçüncü yerdədir.
Sıralamada ilk 20 pillədə qərarlaşmış komandaların siyahısı belədir:
- Mançester Siti (İngiltərə) – 359 xal
- Real (İspaniya) – 332 xal
- İnter (İtaliya) – 289 xal
- Əl-Əhli (Misir) – 275,5 xal
- PSV (Niderland) – 243,5 xal
- Bayer (Almaniya) – 236 xal
- Fluminense (Braziliya) – 233 xal
- Fiorentina (İtaliya) 227,5 xal
- Palmeyras (Braziliya) – 226 xal
- Portu (Portuqaliya) – 225 xal
- Fortaleza (Braziliya) – 219,5 xal
- Roma (İtaliya) – 216,5 xal
- Bayern (Almaniya) – 216 xal
- Flamenqo (Braziliya) – 216 xal
- Sportinq (Lissabon, Portuqaliya) – 210 xal
- Vest Hem (İngiltərə) – 206,5 xal
- Barselona (İspaniya) – 204 xal
- San Paulo (Braziliya) – 204 xal
- Leypsiq (Almaniya) – 197 xal
- Yunion (Belçika) – 195 xal