AZ

Azərbaycanın bu ərazilərinə

Saat 09:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır.Bu barədə Metbuat.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, qar örtüyünün hündürlüyü Laçında 50, Qax, Şahbuzda 48, Ordubadda 29, Şəkidə 24, Lerikdə 23, Daşkəsəndə 22, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 santimetrdir.Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir.Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta olub.

Seçilən
234
32
metbuat.az

10Mənbələr