“Qarabağ” klubu futbolçusu Leandro Andradenin müqaviləsinin müddətini uzatmaq istəyir.
Msport.az xəbər verir ki, “köhlən atlar” 24 yaşlı yarımmüdafiəçiyə 3 illik yeni sözləşmə təklif edib.
Kabo Verdedən olan oyunçunun hazırkı sözləşməsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Leandro Andrade 2022-ci ildən “Qarabağ”da çıxış edir.