AZ

Şimali Koreya Liviya və Honq-Konqdakı diplomatik nümayəndəliklərini bağlayıb

Şimali Koreya Honq-Konq və Liviyadakı diplomatik nümayəndəliklərini bağlayıb.

“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Koreya Respublikasının hesablamalarına görə, 2023-cü ilin ikinci yarısından bəri 9 diplomatik qurumu bağlanılıb.

Qeyd edək ki, daha əvvəl Koreya Xalq Demokratik Respublikası (KXDR) Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandadakı səfirliklərin fəaliyyətini dayandırıb.

Seçilən
248
50
report.az

10Mənbələr