AZ

Rusiyada "Runet" çöküb, internetin fəaliyyətində kəsilmələr yaranıb

Rusiyada "ru" domen zonasının fəaliyyətində nasazlıq yaranıb...APA-nın Moskva müxbiri xəbər verir ki, ümumilikdə ölkədə internetin fəaliyyətində də kəsilmələr müşahidə olunur.Belə ki, "ru" domen zonasında “Yandex”, “Zen”, “Avito”, Wildberries, “Odnoklassniki” və digər saytların fəaliyyəti ilə bağlı şikayətlər daxil olur.Kəsilmələr Moskva vaxtı ilə 19:30 radələrində başlayıb.Mobil provayederlər hələlik kəsilmələri şərh etməyiblər.Ən çox şikayətlər Moskva şəhəri və Moskva vilayətinin sakinlərindən gəlir. Rusiyanın digər bölgələrindən - Sankt-Peterburq, Sverdlovsk vilayəti, Novosibirsk vilayəti, Tatarıstan Respublikası, Uzaq Şərq regionundan da internetin fəaliyyəti ilə bağlı şikayətlər daxil olub."RU/.РФ" domenləri üzrə koordinasiya mərkəzindən bildirilib ki, "Runet"in çökməsinə səbəb olan problemin aradan qaldırılması üzərində iş gedir.“Biz texniki problem üzərində işləyirik, mən indi danışa bilmərəm”, – deyə Domenlərin Koordinasiya Mərkəzinin direktoru Andrey Vorobyev bildirib.Poliqon.info

Seçilən
673
1
poliqon.az

2Mənbələr