AZ

Britaniya 17 şirkətə lisenziya verdi

Böyük Britaniyanın neft və qaz tənzimləyicisi Şimal Dənizi Transformasiya Təşkilatı (NSTA) Şimal dənizində 17 şirkətə 24 yeni neft və qaz lisenziyası verildiyini açıqlayıb.

525.az xəbər verir ki, NSTA-nın verdiyi açıqlamaya görə, "Shell", "Equinor", bp, "Total" və NEO daxil olmaqla 17 fərqli şirkətə 24 yeni neft və qaz lisenziyası verilib.

Bu lisenziyalar NSTA-nın 33-cü neft və qaz lisenziyalaşdırma turunun ikinci mərhələsini təşkil etsə də, 33-cü tur çərçivəsində indiyədək 51 lisenziya verilib.

Qeyd edək ki, NSTA yaxın aylarda daha çox lisenziyanın veriləcəyini açıqlayıb.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Seçilən
233
1
525.az

10Mənbələr