AZ

Ermənilər tərksilah olmağa və Yevlaxda - GÖRÜŞƏ RAZILAŞDILAR

Separatçılar Azərbaycanın Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşıblar.

FED.az biznes və maliyyə xəbərləri portalı “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bu barədə erməniyönümlü KİV mənbələrə istinadən məlumat veriblər.

Bildirilir ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-si saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirlərinin tam dayandırılması barədə razılıq əldə olunub.

Qeyd olunur ki, Ermənistan Silahlı Qüvvələrinin qalan hissələrinin və hərbi qulluqçularının Rusiya sülhməramlı kontingentinin yerləşdirilmə zonasından çıxarılması və sovet silahlı birləşmələrinin buraxılması və tam tərksilah edilməsi barədə razılıq əldə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar verdiyi bəyanatda ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - deyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub.

phrase_var_article.chosen
112
17
fed.az

10phrase_var_article.sources