Albaniya Superliqasında 4-cü turun oyunları keçirilib.
Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” səfərdə “Partizani” ilə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. İsgəndərli meydana start heyətində çıxıb və 72-ci dəqiqədə - hesab 1:1 olarkən əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Bu nəticədən sonra “Eqnatiya” 7 xalla ikinci pillədə qərarlaşıb.