AZ

Zədələnən Hacı Əliyev mübarizəni erkən dayandırdı, Maqomedxan Maqomedov yarımfinalda - YENİLƏNİR

Azərbaycanın üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında 1/4 final mərhələsini keçə bilməyib.

Oxu.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində yarışan idmançımız təsnifat mərhələsində Şauohua Yuanı (Çin) məğlub edib - 10:4. Daha sonra sərbəst güləşçimiz 1/16 finalda Georgiy Okorokovu (Avstraliya) üstələyib - 9:2. 1/8 finalda Hacı Tulqa Tumur Oçirə (Monqolustan) son xal prinsipi ilə qalib gəlib - 3:3.

Əliyevin 1/4 finaldakı rəqibi Vazgen Tevanyan (Ermənistan) olub. İlk görüşdə burnundan qan açılan və növbəti qarşılaşmaları belə keçirən güləşçi 1/4 finalda da eyni problemlə üzləşib. Nəticədə 2:12 hesabı ilə uduzan H.Əliyev mübarizəni dayandırıb. Rəqibi finala çıxacağı təqdirdə, Hacı bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.

97 kq çəki dərəcəsində yarışan digər sərbəst güləşçimiz Maqomedxan Maqomedov təsnifat mərhələsində Strahinya Despiçə (Serbiya) 7:0 qalib gəlib gələrək 1/8 finala yüksəlib. Onun növbəti rəqibi türkiyəli İbrahim Çiftçi olub. 4:0 hesabı ilə qalib gələn idmançımız 1/4 finala adlayıb. Buada isə o, almaniyalı Erik Tyeleni tuşe ilə üstələyərək yarımfinala çıxıb.

Qadınların yarışında 59 kq-da Alyona Kolesnik startda Bolortuya Xurelxuu (Monqolustan) üzərində qələbə qazanıb - 6:3. Lakin o, 1/4 finalda çinli Janq Çiyə tuşe ilə məğlub olub.

Bu gün həmçinin daha üç sərbəst güləşçimiz medal qarşılaşmasına çıxacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. 74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda güləşəcəklər.

10:08

Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

Oxu.Az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.

97 kq-da Maqomedxan Maqomedov 1/16 finalda serbiyalı Strahinya Despiçin müqavimətini qırmağa çalışacaq.

Qadın güləşçilərdən isə Alyona Kolesnik xalça üzərinə çıxacaq. 59 kq-da yer alan idmançı 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazıkina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.

Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. 92 kq-dakı Osman Nurmaqomedov finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. 74 kq-da Turan Bayramov və 79 kq-da Orxan Abbasov bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

phrase_var_article.chosen
168
1
oxu.az

2phrase_var_article.sources