AZ

"Qəhrəman Xəlilbəyli" tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) DənizNəqliyyatı Donanmasına məxsus “Qəhrəman Xəlilbəyli” tankerininəsaslı təmiri başa çatıb.

Trend-in ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri vəTikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyatakeçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri abraziv qumlatəmizləndikdən sonra üçqat rənglənib. Gəminin baş göyərtəsində vəmexanizmlərində də rənglənmə işləri aparılıb.

Baş mühərrik, soyuducular, nasoslar və digər mexanizmlərləyanaşı, gəminin köməkçi buxar qazanı, köməkçi qazanı da təmirolunub. Köməkçi mühərriklər yenisi ilə əvəz edilib.

Həmçinin tankerdə gövdə-qaynaq, elektrik quraşdırma, boruquraşdırma, avtomatika işləri görülüb.

“Qəhraman Xəlilbəyli” tankerinin komanda-yayım qurğusu vəradionaviqasiya avadanlıqları təmir olunub. Gəmiyə müasir tipdərinlik ölçən vibrator, radilokasya, girokompas, QDFƏRS (GMDSS),kospas-karsat, qara qutu (SVDR), maqnit kompas, AİS avadanlığı,NAVTEKS və BNWAS qurğuları quraşdırılıb.

Bundan başqa, gəmidə dənizçilərin yaşayış və xidməti otaqlarımüasir tələblər səviyyəsində təmir edilib.

Sınaq üzüşündən uğurla çıxan tanker yenidən istismaraqaytarılıb. Gəminin ilk səfəri Türkmənbaşı limanına olacaq.

Seçilən
214
5
az.trend.az

10Mənbələr