Fələstin lideri Mahmud Abbas Rusiyayay səfər edəcək.
Ulusal.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. O qeyd edib ki, səfər əvvəlcədən, hətta İsrail və HƏMAS arasında münaqişə başlamazdan əvvəl planlaşdırılıb.
Peskovun sözlərinə görə, muxtariyyət liderinin səfərinin tarixi müəyyən edilməyib.
“Dəqiq tarix diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. Hələlik bununla bağlı deyəcək bir sözümüz yoxdur”, – deyən Peskov səfərin bütün təfərrüatları müəyyənləşən kimi Kremlin müvafiq mesaj verəcəyini qeyd edib.
Kreml spikeri Fələstinlə təmasların müxtəlif səviyyələrdə davam etdiyini də vurğulayıb.